Çexiya azərbaycanlı turistləri çağırır

21 Oktyabr 2016 17:15 (UTC+04:00)

Çexiya azərbaycanlı turistləri cəlb etməkdə maraqlıdır.

Movqe.az-ın məlumatına görə, bunu Bakıda mətbuat konfransında Çexiya səfirinin müavini Petr Vaqner deyib.

O qeyd edib ki, Azərbaycandan olan turistlər arasında Praqa və Karlovı Varı kimi Çexiya şəhərləri çox məşhurdur:

"Bununla belə, azərbaycanlı turistlərə Çexiyada yeni turizm istiqamətlərini tanıtmaq niyyətimiz var".