Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinə laqeyd qala bilməz

26 Oktyabr 2016 16:27 (UTC+04:00)

Türkiyə Azərbaycanın əsas probleminə - Dağlıq Qarabağ münaqişəsinə laqeyd qala bilməz.

Movqe.az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, əgər Azərbaycan xalqı əziyyət çəkirsə, Türkiyə buna laqeyd qala bilməz.