Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır

2 Noyabr 2016 11:38 (UTC+04:00)

Azərbaycana daxil olan xarici vətəndaşların 32 faizdən çoxu Rusiya vətəndaşlarıdır. Movqe.az-ın  məlumatına görə, bu açıqlamanı Azərbaycan-Rusiya forumu çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Turizm Departamentinin rəhbəri Rauf Paşayev verib.

O, turizm sektorunun Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını bildirib. R.Paşayev deyib: “Ötən il ölkə iqtisadiyyatında turizmin həcmi 3 faizdən çox olub. Bu, neft ölkəsi üçün kifayət qədər yaxşı göstəricidir.”

Bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forum çərçivəsində iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub./trend/