Polad Alemdarı maraqlandıran nədir?

23 Aprel 2012 21:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur "Kurtlar Vadisi" serialının baş qəhrəmanı Necati Şaşmaz (Polad Ələmdar obrazı ilə tanınır) və məşhur klarnet ifaçısı Sərxan Çağrı bu günlərdə Türkiyənin "Kadıköy Pera Gözəl Sənətlər Qalereyası"nda rəssam ve akademik Şaban Tuncerin "BEN-İM-ZA" adlı rəsm sergisinin açılışında olublar.

Musiqiyə həddsiz sevgisi olan və S.Çağrıdan klarnet ifa etməyi öyrənən N. Şaşmazın rəsm sənəti ilə də maraqlanması üzə çıxıb. Evini çox dəyərli rəssamların rəsm əsərləri ilə bəzəyən N.Şaşmaz, qatıldığı bu sərgidə də hər bir tablonu bir-bir incələyərək 4 rəsm tablosunu alıb.

Fuad Mədətov

Movqe.Az