Evlənməzdən öncə diqqət edilməli nüanslar

20 Oktyabr 2017 22:30 (UTC+04:00)

Movqe.az  xəbər verir ki, gənclər evlənməzdən əvvəl aşağıdakı vacib nüanslara diqqət etməlidir.

Dəyişəcəyinə inanmaqdan əl çəkin, sevdiyiniz adamı olduğu kimi qəbul edib edə bilməyəcəyinizə əmin olun.
Gələcəklə bağlı planlarınızı müzakirə edin. 5 uşaq atası olmaq istəyən bir kişi və ya uşaqları sevməyən qadınla evliliyin nə qədər uzunömürlü olacağını düşünün.
Ona aşiq olmaq evlənmək üçün yetərli səbəb deyil. Ailəsi və yoldaşları ilə tanış olun, yaxınları ilə necə davrandığına fikir verin.
Problemləri unutmaq əvəzinə söhbəti edib məsələni həll etməyi sınaqdan keçirin. "Evləndikdən sonra düzələr" deyib həyatınızla oynamayın.
Maddi məsələlərdə razılığa gəlin və müzakirə edin. Evlilik xərclərindən başlayıb qənaət planlarına qədər hər detalı müzakirə edin. Bu zaman münasibətlər ciddiləşir və dəyişir.(Adalet.az)