“Galaxy Note 7” yenidən satışa çıxarılacaq

22 Noyabr 2016 09:22 (UTC+04:00)

"Samsung" gələn ilin əvvəlində bərpa olunmuş "Galaxy Note 7" smartfonlarının satışına başlaya bilər.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "International Business Times" məlumat yayıb.
 
Cihazların əsasən Hindistan və Vyetnam bazarına çıxarılacağı bildirilir.
 
Hələlik "Samsung" bu barədə yekun qərar qəbul etməyib.
 
Xatırladaq ki, Cənubi Koreya korporasiyası yeni "Galaxy Note 7"lərin öz-özünə alışması və partlaması ilə əlaqədar bu smartfonların istehsalını və satışını dayandırıb. Bu problemlə əlaqədar şirkətin gəliri 3-cü rübdə 30% azalıb