İnstaqrama maraqlı funksiyalar əlavə edildi - FOTO

23 Noyabr 2016 15:26 (UTC+04:00)

İnstaqrama yeni funksiyalar əlavə edilib.

Movqe.az xeberler.az-a istinadla bildirir ki, şirkət rəsmi bloqu üzərindən 2 ən vacib və maraqlı yeni xidmətini təqdim edib.

Belə ki, bu xüsusiyyətlərdən biri "Instagram Stories" üzərindən canlı yayım funksiyasıdır.

Digər biri isə  Instagram-dakı "Birbaşa Mesajlar" -"Direct" üzərindən şəxslərə və ya qruplara göndərdiyiniz fotoşəkil və  ya videoların müəyyən bir müddət sonra silinməsi xidmətidir.