Azərbaycanda "Xalçaçı günü" peşə bayramı təsis edildi

26 Noyabr 2016 13:30 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycanda “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilsin.