Alim Qasımov İzmirdə konsert verəcək

28 Noyabr 2016 11:22 (UTC+04:00)

Azərbaycanın məşhur muğam ustası Alim Qasımov Türkiyənin İzmir şəhərində konsert proqramı ilə çıxış edəcək.

Movqe.az-ın məlumatına görə, A.Qasımov İzmir Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi "1 Festival İzmir" adlı festivalda iştirak edəcək.

Tədbir oktyabrın 30-da baş tutacaq.