Azərbaycanda "Instagram" kimlər üçün ödənişsiz olacaq?

29 Noyabr 2016 10:18 (UTC+04:00)

"Bakcell MMC" mobil operatoru "Android" əməliyyat sistemli telefon istifadə edən müştəriləri üçün "İnstagram" sosial şəbəkə servisini ödənişsiz təqdim edəcək.

Bu barədə  şirkətdən məlumat verilib.

Hazırda "İnstagram" ödənişsiz olaraq "iPhone" istifadəçiləri üçün təqdim olunur.

Bundan əvvəl "Bakcell" DoğmaCİN tarif paketinin müştəriləri üçün "Facebook" sosial şəbəkəsini, Klass tarif paketinin müştəriləri üçün "Whatsapp"-ı ödənişsiz etmişdi./trend/