Röyanın keçmiş həyat yoldaşı azərbaycanlı məşhurun nəvəsi imiş

29 Noyabr 2016 10:35 (UTC+04:00)

Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov əməkdar jurnalistin nəvəsidir.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, müğənninin keçmiş həyat yoldaşını çoxları məşhur qənnadı mağazalar şəbəkəsinin sahibi - Çingiz Cəlilovun oğlu kimi tanıyır.

Lakin məlum olub ki, A.Cəlilov həm də "Yol Əhvalatı", "Anın quruluşu", "Gözlə məni", "Avqust gələndə", "Köç" kimi filmlərin ssenari müəllifi Asim Cəlilovun nəvəsidir.

Məlumat üçün bildirək ki, Asim Cəlilov "Molodyoj Azerbaydjana" qəzetində, "Azərbaycanfilm" kinostudiyasında, "Bakinski raboçi" qəzetində baş redaktor vəzifəsində işləyib. Əməkdar jurnalistdir.