“Yanğın yerində köçkünlər üçün yeni bina tikiləcək” - Əli Həsənov

29 Noyabr 2016 12:04 (UTC+04:00)

Yanğın olan yarımtikilinin yerində yeni bina tikiləcək, ailələr isə həmin müddətdə kirayə köçürələcəkMovqe.az  xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nizami rayonunda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğınla tanış olan zaman deyib. Binanın sakinləri ilə görüşən Ə. Həsənov bildirib ki, həmin binanı alan şəxslə danışıqlar aparılacaq: “Yarımtikilinin yerində yeni bina tikilib 21 ailə yenidən köçürüləcək. İndi ümüdümüz onadır. Gecə baş verən yanğında 3 ev tamam kül olub. Bir çöp də çıxara bilmədik...”./qafqazinfo.az/