Cavid Qurbanov: "Dəmir yollarında sərnişin və yük daşımada qiymət artacaq"

29 Noyabr 2016 12:41 (UTC+04:00)

Azərbaycanın dəmir yollarında sərnişin və yük daşımada qiymət artımı olacaq.
 
 Movqe.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov bildirib.
 
O qeyd edib ki, hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir: “Elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq”.