Elektrik enerjisi qiymətinin artması "Azercell"in tariflərinə təsir etməyəcək

29 Noyabr 2016 13:49 (UTC+04:00)

Elektrik enerjisi qiymətlərinin artımı "Azercell" şirkətinin tariflərinə təsir göstərməyəcək.

Movqe.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu qərar şirkətin xərclərinə təsir göstərəcək, lakin bu, müştərilərə təklif olunan tariflərə heç bir təsir göstərməyəcək.