AZAL 2021-ci ilədək Rusiya şəhərlərinə yeni reyslər açacaq

29 Noyabr 2016 14:15 (UTC+04:00)

“Azərbaycan Hava Yolları” QSC Rusiyanın Volqoqrad, Həştərxan şəhərlərinə və Uzaq Şərq bölgəsinə uçuşlar həyata keçirməyi planlaşdırır.

Movqe.az-ın məlumatına görə, bunu bu gün AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

Moskvada mətbuat konfransında çıxış edən Hacıyev bu planların aviaşirkətin 2021-ci ilədək olan proqramında yer aldığını deyib./trend/