Ərəbistana ilk qar yağdı - VİDEO

29 Noyabr 2016 14:55 (UTC+04:00)

Səudiyyə Ərəbistanının şərqində və mərkəzində havanın temperaturu sıfır dərəcədən aşağı düşüb və ölkəyə ilk qar yağıb.

Movqe.az xəbər verir ki, bu barədə azvision.az "Al Arabia" telekanalına istinadən xəbər verir. 

Qarlı hava şəraiti Şakra və Təbuk şəhərlərində müşahidə olunur. Əl-Caufada temperatur mənfi 3, Əl-Kuraytədə isə mənfi 1 dərəcəyə qədər düşüb.