39 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib

29 Noyabr 2016 15:45 (UTC+04:00)

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik güclərinin təmin olunması baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının rolu əvəzsizdir. Bu baxımdan bu tip elektrik stansiyalarına diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilir. Belə obyektlərdən biri də “Şəmkirçay” Su Elektrik Stansiyasıdır (SES).

“Şəmkirçay” SES-də cari ilin ötən ayları ərzində 39 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

2016-cı ilin oktyabr ayında isə burada 4,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Cari ildə stansiyada elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilmişdir.

Bu ilin son üç ayı ərzində stansiyada qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir.

Ümumi gücü 25 MVt olan bu elektrik stansiyası 2014-cü ildə istismara verilmiş və 6 hidroaqreqatdan ibarətdir.

Xahiş edirik ki, dərc etdikdə “Azərenerji” ASC-nin