Azərbaycanda anaların iş saatı azaldıldı

29 Noyabr 2016 17:13 (UTC+04:00)

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb.

Movqe.az report-a istinadən xəbər verir ki, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.