Qış fəslində balqabağı süfrədən əskik etməyin

30 Noyabr 2016 09:45 (UTC+04:00)

Artıq qış gəldiyinə görə balqabağın mövsümü də açılmış deməkdir.

Movqe.az saglamheyat.com-a istinadən bildirir ki, faydaları saymaqla bitməyən balqabaq vitaminlər, minerallar, qidalı liflər baxımından olduqca zəngindir.

- Yüksək lif ehtiva etməsi qəbizliyi önləməyə köməkçidir. Həzm sistemi dostudur.

- Göz sağlamlığı, hüceyrə və dəri yenilənməsində təsirlidir.

- Çox güclü bir antioksidandır.

- Xərçəng xəstəliklərinə qarşı qoruyucu təsir göstərər.

- Bədənin hər hansı bir yerində yaranan iltihabın yaxşılaşmasına köməkçi olar.

- Kalium tərkibi çox yüksəkdir. Qan təzyiqini tənzimləyir, hipertoniyanın inkişafının riskini azaldır.

- Tumu prostat sağlamlığı üçün təsirlidir.

- İmmunitet sistemini gücləndirmədə təsirlidir.