Braziliyada matəm - Futbolçuların faciəli ölümü ilə bağlı

29 Noyabr 2016 17:36 (UTC+04:00)

Braziliya prezidenti Mişel Temer göyərtəsində millinin futbolçuları olan təyyarənin Kolumbiyada qəzaya uğraması ilə bağlı ölkədə matəm elan edib. Movqe.az bu barədə trend-ə istinadən məlumat verir.

M.Temer "Twitter" səhifəsində yerləşdirdiyi mikrobloqda qeyd edib ki, ölkədə məlum aviaqəza ilə bağlı 3 günlük matəm elan olunur.

Braziliya prezidenti aviaqəzada həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verərək, onlara səbr diləyib.