Türk aparıcının qətliylə bağlı YENİ QƏRAR

30 Noyabr 2016 11:23 (UTC+04:00)

Türkiyənin tanınmış yazarı Ahmet Altanın oğlu Kerem Altanın evində ölü tapılan aparıcı, aktrisa Defne Coy Fosterin ölüm hadisəsiylə bağlı prokurorluq yeni bir qərar çıxarıb.

Movqe.az xəbər verir ki, prokurorluq aktrisanın ölümündə əli olduğu iddia edilən Kerem Altanın ölkə xaricinə çıxışına qadağa qoyulmasını tələb edib. Hakim tələbi qəbul edib.

Qeyd edək ki, Dəfnə Coy Foster FETÖ-nün ən böyük dəstəkçilərindən olan Ahmət Altanın oğlu Kərəm Altanın evində ölü tapılmışdı./milli.az/