"Yaxşı oldu, qaz bahalaşdı" - Əməkdar artist

30 Noyabr 2016 13:59 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan Tarif Şurasının qazın qiymətlərini dəyişdirməsindən danışıb.

Movqe.az-ın məlumatına görə, müğənni bildirib ki, qazın qiyməti qalxmalıdır ki, qədri bilinsin:

"Qazın bahalaşmağı yaxşı oldu. Yaxşı olacaq, onsuz da hamımız qazı boş-boşuna yandırırdıq. Bahalaşsın ki, qazın qədrin bilək. Elə ölkələr var ki, orada qaz yoxdur. Qazı xaricdən gətirirlər. Amma bizdə qaz var, bütün günü boş-boşuna istifadə edirlər. Elə ki kart qoyursan, qazın da qədrini bilirlər, suyun da. Qorxmasınlar. Bu, bir şeir oldu". /lent.az/