"Qəbələ" "Kəpəz"Iə oyuna itki ilə çıxacaq

30 Noyabr 2016 15:47 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının 14-cü turunda "Kəpəz"lə qarşılaşacaq "Qəbələ" oyuna ciddi itki ilə çıxacaq.
 
Movqe.az goal.az-a istinadən xəbər verir ki, komandanın müdafiəçisi Ürfan Abbasov sözügedən qarşılaşmada iştirak etməyəcək. Buna səbəb futbolçunun "Qarabağ"la matça sarı vərəqə ilə cəzalanaraq, limiti doldurmasıdır.
 
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı dekabrın 17-də keçiriləcək.