Hollandiyada çarşab yasaqlanır - FOTO

30 Noyabr 2016 16:55 (UTC+04:00)

Hollandiya parlamenti ictimai yerlərdə üzü bağlayan paltarlarda olmağı yasaqlayan qanun qəbul edib.

Movqe.az European-a istinadən bildirir ki, qanunun şərtlərinə görə, çarşab, burka ilə ictimai nəqliyyatda, təhsil və tibb müəssisələrində, habelə dövlət qurumlarında peyda olmaq yasaqdır.

Yasağı pozanları böyük məbləğdə cərimə gözləyir.

Hollandiya parlamentinin yuxarı palatası qanunu təsdiqləyəndən sonra o, qüvvəyə minəcək.

Hollandiyadakı ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vilders qanunu "doğru istiqamətdə atılmış addım" adlandırıb.