Bakıda özünü yandıran şəxslə bağlı YENİ XƏBƏR

1 Dekabr 2016 11:54 (UTC+04:00)

Dünən Bakıda özünü yandıran şəxsin vəziyyəti ağır olaraq qalır. Respublika Yanıq Mərkəzindən Lent.az-a bildirilib ki, noyabrın 30-da günorta saatlarında Bakıxanov qəsəbəsindən ağır vəziyyətdə gətirilən 37 yaşlı Fəzail Cəbrayılov reanimasiya şöbəsində saxlanılır. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. 
Qeyd edək ki, dünən saat 14 radələrində Bakıxanov qəsəbəsi, Axundov küçəsi 10 ünvanında yaşayan Cəbrayılov Fəzail Nəcəf oğlu üzərinə benzin tökərək od özünə vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə alov söndürülüb və o, dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.