Roza və Elnurun eyni şəxslə nə işi ola bilər?

24 Aprel 2012 14:14 (UTC+04:00)

Müğənnilər Roza Zərgərli və Elnur Məmmədov eyni şairin sözlərinə yazılacaq mahnı ifa edəcəklər. Movqe.Az xəbər portalının məlumtına görə, lirik janrda olacaq mahnının sözlərinin müəllifi gənc şair Fariz Kərimlidir.

F.Kərimli Movqe.Az-a verdiyi açıqlamasında bildirib ki, adıçəkilən müğənnilərlə işbirliyi payız aylarına təsadüf edəcək: "Sevimli müğənni Roza Zərgərli ilə işbirliyimiz sentabrda olacaq. Müğənni Elnur Məmmədovla da işbirliymiz olacaq. Hazırda bu barədə danışıqlıqlar gedir. Onu da bildirim ki, repçi Nihatın ifa etdiyi mahnısının rep sözləri mənə məxsusdur. Dinləyicilər mahnı ilə tanışdırlar və çox bəyəniblər", - gənc şair dedi.

F.Kərimli, onu narahat edən məqamlardan da söz açdı. O, bəzi televiziya kanllarının ondan vəsayit (pul) tələb etməsini söylədi: "Məni narahat edən odur ki, bəzi telekanallar efirə çıxmağıma vəsayit istəyirlər. Amma buna baxmayaraq, Allah yaxşı insnlardan razi olsun! Belə ki, yaxın günlərdə "Yeni gün" verilişinin qonağı olacağam", - F.Kərimli bildirdi.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl 24 yaşlı gənc şairin ilk "Acı taleyim" adlı kitabının təqdimat mərasimi keçirilmişdi. Həmin tədbirdə şou-biznesin tanınmış simaları Farizi təbrik etmək üçün iştirak edirdilər.

Qeyd edək ki, F.Kərimli anadangəlmə 1-ci qrup əlildir.

Fuad Mədətov

Movqe.Az