Azərbaycan daha bir konvensiyaya qoşuldu

1 Dekabr 2016 14:18 (UTC+04:00)

Avropa Şurasına üzv ölkələrin idmana məsul nazirlərinin Macarıstanın Budapeşt şəhərində keçirilmiş 14-cü konfransı öz işini yekunlaşdırıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, konfransda nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti də iştirak edib.

Konfrans çərçivəsində nazir Azad Rəhimov “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb.