Azərbaycanda ƏDV-nin faiz dərəcəsini 8%-dək azaltmaq təklif olunur

1 Dekabr 2016 15:08 (UTC+04:00)

Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) faiz dərəcəsini 18-dən 8 faizədək azaltmaq lazımdır.

Trend-in məlumatına görə, bu təkliflə parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Rəşad Mahmudov çıxış edib.