Türkiyə kosmosa kəşfiyyat peyki buraxır

1 Dekabr 2016 19:00 (UTC+04:00)

Türkiyənin "Göktürk-1" kəşfiyyat peyki dekabrın 5-də Fransa Qvianasının Quru kosmodromundan buraxılacaq.

Bu barədə "Anadolu" agentliyi məlumat verir.

"Göktürk-1" Türkiyə Silahlı Qüvvələrini müxtəlif ərazilərin çəkilişləri ilə təmin edəcək.

Fransa istehsallı peyk Yerə ildə 60 mindən çox çəkiliş göndərəcək.