AMB: Sabah dolların məzənnəsi 1,7339 manat olacaq

1 Dekabr 2016 20:30 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının dekabrın 2-nə rəsmi məzənnəsini 1,7339 AZN/USD səviyyəsində müəyyən edib. MB-dən movqe.az-a verilən məlumata görə, bu, məzənnənin 0,12% artım deməkdir. Qeyd edək ki, dekabrın 1-də rəsmi məzənnə 1,7318 AZN/USD olub.