Edvard Nalbandyan Hamburqda Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib

1 Dekabr 2016 21:30 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Hamburqda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib. Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir. "Görüş olacağını istisna etmirəm, amma hələlik bu barədə razılaşma yoxdur" - E.Nalbandyan "Azadlıq" radiostansiyasının efirində bildirib. Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 8-9-da Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüş planlaşdırdıqlarını açıqlayıblar.  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda görüşməyə hazır olduqlarını, lakin Ermənistan tərəfinin hələ cavab vermədiyini vurğulayıb.