Çin benzin və dizel yanacağının qiymətini artırıb

1 Dekabr 2016 22:00 (UTC+04:00)

Çin hökuməti dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqədar dekabrın 1-dən avtomobil yanacağının pərakəndə satış qiymətinin qaldırılması ilə bağlı qərar qəbul edib. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Çinin İnkişaf və İslahat İşləri üzrə Dövlət Komitəsi elan edib ki, benzinin 1 tonunun qiyməti 175 yuan (44 manat), dizel yanacağının 1 tonunun qiyməti isə 170 yuan (43 manat) qaldırılıb.

“Sinxua” agentliyinin məlumatına görə, bu ilin əvvəlindən Çin avtomobil yanacağının qiymətini 5 dəfə azaldıb, 8 dəfə artırıb. Nəticədə, bu il 1 ton benzinin qiyməti 480 yuan (121 manat), dizel yanacağının qiyməti 460 yuan (116 manat) qalxıb.