Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir

1 Dekabr 2016 23:00 (UTC+04:00)

Bu ilin 11 ayı ərzində Gürcüstana səfər edən turistlərin (24 saatdan artıq ölkədə olanlar) sayı 2 536 791 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib. 

Onun sözlərinə görə, hesabat dövründə ölkəni ziyarət edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% çoxdur.
 
Azərbaycan Gürcüstana səfər edən turistlərin sayı baxımından liderliyini qorumağı bacarıb. Noyabrda qonşu ölkəyə ən çox Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və Ukraynadan səfər olunub.