Avtomobil supermarketə çırpılıb: 3 ölü

2 Dekabr 2016 10:10 (UTC+04:00)

ABŞ-ın Ayova ştatının Pella şəhərində minik avtomobili supermarketə sürətlə çırpılıb.

 Movqe.az-ın  verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Alıcıları təcili evakuasiya olunub, hadisə yerinə polis və həkimlər cəlb olunub.

Avtomobilin sürücüsü sağ qalıb. Baş vermiş faktla bağlı araşdırma aparılır.