BDU rektoru ikinci dəfə “İlin rektoru” seçilib

2 Dekabr 2016 13:34 (UTC+04:00)

Qafqazın ən böyük təhsil "facebook" səhifəsi olan 145 minlik "Azərbaycan Universitetləri"ndə “İlin rektoru” sosial tələbə sorğusu başa çatıb. Səsvermənin ilkin mərhələsində 54 rektordan 5 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov tutub.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Movqe.az-a verilən məlumata görə, səhifənin rəhbəri Zöhrab Süleymanın verdiyi məluata görə, BDU rektoru 4900 səslə qalib olub. Finalçılar isə UNEC rektoru Ədalət Muradov, ADPU rektoru Cəfər Cəfərov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov olub. İndiyədək baş tutmuş digər yarışmada ADA Universitetinin rektoru Hafiz Paşayev, BANM rektoru Elmar Qasımov və ADAU rektoru İbrahim Cəfərov tələbələrin böyük dəstəyini qazanıblar.

Artıq beşinci dəfədir keçirilən sorğunun ilk qalibi də akademik A.Məhərrəmov olub.