"Gedin özünüzə başqa sənət tapın, “bezdarnı” yığını...”. - Naibə

2 Dekabr 2016 14:29 (UTC+04:00)

Movqe.az  xəbər verir ki, əməkdar artist Naibə Allahverdiyeva sosial şəbəkədə ATV-də yayımlanan seriallardan birini tənqid edib, adını çəkmədiyi ekran işində aktyorların geyimini ələ salıb:“Hadisə içi bahalı əşyalarla dolu olan villada baş verir. Ana rolunu (villanın sahibəsi) ifa edən aktrisanın qrimi, saç düzümü, əynindəki 3 manatlıq xalatı varlı qadını yox, xadiməni xatırladır. Operator və rejissor işindən danışmağı lüzum bilmirəm, çünki bu faciədir.Məişət dilini seriallara gətirirlər, guya ki, bu danışıq dilidir. Başa düşmürlər ki, kinonun öz dili var. Seriallarda oynayan bəzi istedadlı aktyorlar da rejissor naşılığı ucbatından pis vəziyyətə qalırlar. Gedin özünüzə başqa sənət tapın, “bezdarnı” yığını...”.