Yunanıstanda tətil - bərə səfərləri dayanıb

2 Dekabr 2016 18:27 (UTC+04:00)

Yunanıstanda dənizçilərin 48 saatlıq tətili ilə əlaqədar bütün ölkə ərazisində bərə səfərləri dayanıb.

Movqe.az-ın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, dənizçilər vergilərin artırılmasına etiraz olaraq bazar gününə kimi tətil elan edib.

Tətillə əlaqədar olaraq yunan adaları iki gün ərzində bir-birindən və əsas ərazidən kəsilmiş olacaq.

Dənizçilər hökumətin yeni qərarlarına etiraz edir. Həmkarlar İttifaqının məlumatlarına görə, həmin qərarların qəbul edilməsi ilə dənizçilərə şamil olunan xüusi vergi güzəştləri ləğv oluna bilər. Bu zaman dənizçilərin gəlir vergisi 45 faiz təşkil edəcək.