Azərbaycan, Türkiyə və Türkmənistan energetika nazirlərinin görüşünün vaxtı məlum oldu

3 Dekabr 2016 16:00 (UTC+04:00)

Gələn ilin əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirləri və xarici işlər nazirlərinin görüşləri planlaşdırılır.

Movqe.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib.

M.Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə regionun digər ölkələrinin də iştirakı ilə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Onun sözlərinə görə, Azərbaycanın və Türkiyənin regionda ümumi hədəfləri var və ölkələr bir-birilərini dəstəkləyərək birgə fəaliyyət göstərmək niyyətindədirlər.