İndoneziyada təyyarə qəzaya uğrayıb - 12 ölü

3 Dekabr 2016 17:50 (UTC+04:00)

İndoneziyada polis təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

Movqe.az-ın RİA Novostiyə istinadən verdiyi məlumata görə, təyyarənin düşməsindən əvvəl partlayış səsi eşidilib.

Qəza Cənubi Çin dənizində baş verib.

Hadisə yerinə axtarış-xilasetmə işləri üçün gəmilər göndərilib.