Xaçmaz ağır yol qəzası - ölən və yaralanan var

5 Dekabr 2016 13:44 (UTC+04:00)

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki dekabrın 4-də saat 19 radələrində Xaçmaz rayonunun Müşkür kəndində Masallı rayon sakini Samir Cəfərovun idarə etdiyi "VAZ-21154" və Cəfər Məmmədovun idarə etdiyi Cəfər Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza zamanı C.Məmmədov və S.Cəfərovun sərnişini - Ağdam rayon sakini Allahverən Qarayev hadisə yerində ölüb, özü və digər sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.