İran XİN: İran bazasının Rusiya tərəfindən təkrar istifadəsi gündəmdə deyil

5 Dekabr 2016 14:11 (UTC+04:00)

İranın Həmədan əyalətindəki aviabazanın Rusiya bombardmançıları tərəfindən istifadə olunması məsələsi gündəliyə daxil deyil.

Movqe.az-ın məlumatına görə, bu sözləri Tehranda İran Xarici İşlər Nazirlyinin nümayəndəsi Bəhram Qasımi deyib.O qeyd edib ki, gələcək əməkdaşlıq konkret vəziyyətdən asılı ola bilər:

“İndi bu sahədə iki ölkə arasında problem mövcud deyil, amma zəruri tədbirlər əvvəlcədən görülməlidir”./trend/