“Prisma” “Android” üçün ilin əlavəsi seçildi

5 Dekabr 2016 19:30 (UTC+04:00)

"Prisma" foto xidməti "Google"un versiyasına əsasən "Android" əməliyyat sistemi üçün 2016-cı ilin ən yaxşı proqram əlavəsi seçilib.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ korporasiyasının illik reytinqində göstərilir. Ən innovativ proqram əlavələrinə "Twitter"ə məxsus "Periscope" da daxil olub. Ən gözəl əlavə isə eyni adlı tərtibatçının "Retrica"sı seçilib.
 
Ən populyar əlavələr sırasında "Facebook"un videoselfi üçün MSQRD, "Rambler & Co" şirkətinin "Championat" əlavələri və "VKontakte"nin tərtib etdiyi "Vinci" foto xidməti də mövcuddur.  
 
Xatırladaq ki, bundan öncə "Time" jurnalı 2016-cı ildə tərtib olunan ən 10 ən yaxşı video oyunlarının siyahısını elan edib.