Acun onu "İşte benim stilim"in münsifliyindən çıxardı

5 Dekabr 2016 21:00 (UTC+04:00)

Sosial mediada məşhurlaşaraq fenomenə çevrilən Kərimcan Durmaz uğursuzluq zolağından çıxa bilmir.

Movqe.az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl döyülərək xəstəxanaya düşən Kərimcan bu dəfə işindən də olub.

İki həftədir "İşte benim stilim" yarışmasının qala gecələrində münsiflər kürsüsündə oturan K.Durmaz proqramdan çıxarılıb. Bu qərarı kanal rəhbərliyinin verdiyi bildirilib.

Qeyd edək ki, Kərimcan TV8-in sahibi Acun İlıcalı tərəfindən yarışmaya dəvət edilmişdi.