Tarkan 5 milyon istədi

5 Dekabr 2016 16:46 (UTC+04:00)

Müğənni Tarkan yeni reklam təklifi alıb.

Movqe.az-ın  məlumatına görə, 1994-cü ildən indiyə qədər 15 reklamda çəkilən meqastarın bu dəfə dünyanın ən məşhur məişət texnikası markalarından birinin reklamına çəkilməsi istənilib.

Marka 2 milyon lirə təklif etsə də, Tarkan bunun az olduğunu deyərək 5 milyon lirə (təxminən 2,5 milyon manat) tələb edib. Şirkət bunun çox böyük məbləğ olduğunu deyərək təklifini geri çəkib./axşam.az/