"Qəbələ"nin səfər açıqlandı

5 Dekabr 2016 16:56 (UTC+04:00)

Avropa Liqasında çıxış edən "Qəbələ" qrup mərhələsinin sonuncu turunda Almaniyada "Mainz"ın qonağı olacaq.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, artıq təmsilçimizin səfər planı bəlli olub. "Qırmızı qaralar" dekabrın 7-də Almaniyaya yollanacaq. Çarter reysindın istifadə edəcək təmsilçimizin uçuş saatı 10:30-da olacaq. Komanda bu dəfə Qəbələ şəhərinin hava limanından yola düşəcək.

Qeyd edək ki, Avropa Liqasının VI turunda baş tutacaq "Mainz" - "Qəbələ" oyunu dekabrın 8-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.