Heydər Camal dəfn olundu

6 Dekabr 2016 19:00 (UTC+04:00)

Tanınmış ilahiyyatçı Heydər Camal Almatıdakı Baqanşil qəbristanlığında torpağa tapşırılıb. Movqe.az modern.az-a istinadən xəbər verir ki, onunla vidalaşmağa Rusiya, Azərbaycan və digər ölkələrdən nüfuzlu din adamları qatılıb.

Mərhumun vəsiyyətində hansı şəhərdə vəfat edəcəksə, orada dəfn olunmasını xahiş etdiyi üçün mərasim Camalın vəfat etdiyi Almatı şəhərində baş tutub.
Onun dəfnində çəkilən video internetdə yerləşdirilib.