Rəsmən boşandılar...

6 Dekabr 2016 17:38 (UTC+04:00)

Müğənni Gülben Ergen və jurnalist Erhan Çelik bu gün rəsmən boşanıblar.

Movqe.az axşam.az-a istinadən bildirir ki, 2014-cü ildə ailə quran cütlük Küçükçekmece Ədliyyəsində baş tutan məhkəmədə qarşılıqlı razılıq əsasında ayrılıb. Hakim onların rəsmən boşanmasına qərar verib.

G.Ergen boşanan kimi sosial mediada adını yanındakı "Çelik" soyadını silib.