Türkiyədə məktəblər bağlandı

6 Dekabr 2016 18:12 (UTC+04:00)

Türkiyənin Rize, Artvin, Bitlis, Van və Hakkari əyalətlərinin bəzi rayonlarında güclü qar yağması ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb.

Movqe.az report-a istinadən xəbər verir ki, Türkiyənin Güney Ege və Batı Akdeniz bölgələrində hava qismən buludlu və yağmurludur.

Məlumata görə, meteoroloqlar ölkənin Malatya, Elazığ, Tunceli, Bingöl və Adıyaman əyalətlərində buzlanma və don olacağı ilə bağlı xəbərdarlıq edib.