Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

7 Dekabr 2016 09:53 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 7 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a  verilən məlumata görə, dekabrın 7-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7369 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,8625 manat təşkil edir.

1 türk lirəsi 0,5035 manat, 1 rus rublu 0,0272 manatdır.