8 otaqlı ev yanıb-Bakıda

8 Dekabr 2016 10:19 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb. Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan birmərtəbəli 8 otaqlı evin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.